DTX rəisinin müavini general-leytenant oldu
Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının peşə bayramı münasibətilə Prezident İlham Əliyev bir qrup əməkdaşa ali hərbi rütbələr verib.
E-huquq.az patrul.az-a istinadən xəbər verir ki, təltif olunanlar arasında DTX rəisinin müavini Həsən Mansurov da var. O, general-leytenant hərbi rütbəsinə layiq görülüb.
Qeyd edək ki, Həsən Mansurov 2024-cü ilə qədər DTX-nin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.
Həsən İsa oğlu Mansurov 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, 2023-cü ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, 2024-cü ildə “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

