Azərbaycan nefti cüzi ucuzlaşıb


  • 09:49

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,26 ABŞ dolları və ya 0,34 % azalaraq 75,34 ABŞ dolları təşkil edib.

E-huquq.az xəbər verir ki, hərracların nəticələrinə görə, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti 71,52 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,38 ABŞ dolları və ya 0,52 % azalaraq 72,83 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Oxşar xəbərlər