Bakıda NATO-nun təlim kursu keçirilir


  • 13:30

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO arasında 2026-cı il üçün “Sülh Naminə Tərəfdaşlıq Proqramı”na əsasən, Bakıda NATO Quru Qoşunları Komandanlığının Mobil Təlim Qrupu tərəfindən kurs keçirilir.

Müdafiə Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, hərbi qulluqçulara NATO-nun Mobil Təlim Qrupu tərəfindən “NATO-da təlim planlaşdırılması”, “NATO standartlarında təlimlərin aparılması, məqsədlərin seçilməsi” və digər mövzularda brifinqlər təqdim edildikdən sonra qrup və fərdi şəkildə məşğələlər təşkil olunub.

Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərbi İdarəetmə Kursunun dinləyicilərinin cəlb olunduğu kursun əsas məqsədi hərbi qulluqçuların nəzəri və praktiki biliklərinin dövrün tələblərinə uyğun artırılması, müasir texnoloji həll üsul və vasitələrinin tətbiqinin tədris edilməsi, həmçinin iştirakçılara bu sahədə NATO standartları və prosedurlarının öyrədilməsidir.

Qeyd edək ki, kurs iyulun 2-dək davam edəcək.

Oxşar xəbərlər