İyunda Azərbaycanın dövlət sərhədini pozan 21 nəfər saxlanılıb


  • 17:08

İyun ayında Azərbaycanın dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin iyun ayındakı icmalında qeyd olunub.

Bildirilib ki, onların 8-i Azərbaycan, 5-i İran, 2-si Əfqanıstan, 6-sı Nigeriya vətəndaşı оlub.

Bundan başqa qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 8 nəfər saxlanılıb.

Oxşar xəbərlər