- 17:28
Azərbaycan Hakimlər İttifaqının təşkilatçılığı ilə Ali Məhkəmə, apellyasiya məhkəmələri, birinci instansiya məhkəmələrinin hakimləri və Məhkəmə-Hüquq Şurası aparatı işçilərindən bir qrupu 2026-cı ilin 26-27 iyun tarixlərində işğaldan azad edilmiş Xankəndi və Şuşa şəhərində olublar.
E-huquq.az xəbər verir ki, səfər zamanı Şuşa şəhərində “Cıdır düzü”, “Vaqif məqbərəsi”, “Bülbülün ev muzeyi”, “Şuşa qalası, Xankəndi şəhərində “Xankəndi məhkəmə kompleksi”, “Zəfər parkı” ziyarət edilib, ermənilər tərəfindən dağıdılan tarixi mədəniyyət abidələri, inzibati və yaşayış binalarına baxış keçirilib.
Qeyd olunub ki, Şuşa şəhəri 2020-ci ildə Azərbaycan Ordusunun əks hücumu nəticəsində, Xankəndi şəhəri isə 19 sentyabr 2023-cü il tarixli lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmaqla ölkəmizin ərazi suverenliyi tam bərpa olunub.
Asudə vaxtlarını səmərəli istifadə etmək üçün Şuşa, Xankəndi və Bərdə şəhərlərində mədəni və əyləncəli tədbirlər keçirilib.