Hikmət Hacıyev amerikalı professorla regional məsələləri müzakirə edib


  • 13:01

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda amerikalı iqtisadçı, professor Ceffri Saksla görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X” hesabında bildirib.

Hikmət Hacıyev Ceffri Saksla Azərbaycanın regional geosiyasət oynadığı mühüm rol barədə fikir mübadiləsi aparıb.

“Davamlı inkişaf, geosiyasət və geoiqtisadiyyat, həmçinin daha geniş Xəzər regionu konsepsiyası, Azərbaycanın “orta güc” kimi artan rolu, sülh gündəliyimiz və regional məsələlərdə təşəbbüsün region ölkələrinin öz əlində olmasının əhəmiyyəti barədə fikir mübadiləsi apardıq. Onun elektrik avtomobilləri ilə Şərq–Qərb marşrutu boyunca həyata keçirilən “Marco Polo – Drive of Peace” təşəbbüsü dialoqun və əlaqəliliyin təşviqi baxımından ilhamverici bir nümunədir”, - Hikmət Hacıyev qeyd edib.

Oxşar xəbərlər