Tehranda Əli Xamenei ilə vidalaşmaq üçün matəm yürüşü başlayıb


  • 09:56

Yüz minlərlə iranlı səhər saatlarda İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimində iştirak etmək üçün Tehranın mərkəzi küçələrinə çıxıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Xameneinin cənazəsi İnqilab küçəsindən Azadi meydanına aparılacaq və bununla da Tehran sakinlərinə mərhum liderləri ilə son dəfə vidalaşmaq imkanı yaradılacaq.

Daha sonra tabut ölkənin əsas dini mərkəzi olan Qum şəhərinə aparılacaq.

Bir çox insan bu mərasimdə iştirak etmək üçün xüsusi olaraq İranın digər şəhərlərindən, hətta xarici ölkələrdən Tehrana gəlib.

Humay Eminqızı

Oxşar xəbərlər