“Kraudfandinq haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edildi


  • 12:34

Milli Məclisin bu gün keçirilən iclasında “Kraudfandinq haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

E-huquq.az-ın xəbərinə görə, qanun layihəsi 7 fəsil, 23 maddədən ibarətdir, Azərbaycan Respublikasında səhm və borc əsaslı kraudfandinqin həyata keçirilməsinin hüquqi, təşkilati və iqtisadi əsaslarını, kraudfandinq platforması operatorunun fəaliyyətinə dair tələbləri, habelə onların fəaliyyəti üzərində dövlət tənzimləməsi və nəzarəti məsələlərini tənzimləyir.

Qanun qəbul ediləcəyi təqdirdə, dərc olunduğu gündən 6 ay sonra qüvvəyə minəcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Oxşar xəbərlər