İT mütəxəssisləri üçün sosial sığorta haqqı üçün yeni dərəcələr müəyyənləşir


  • 12:40

Rəqəmsal texnologiyalar, süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahələrində sahibkarlıq fəaliyyətini həyata keçirən sığortaedənlərdə (texnologiyalar parkının rezidentləri istisna olmaqla) işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı üçün yeni dərəcələr müəyyənləşir.

E-huquq.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sosial sığorta haqqında” qanuna təklif edilən yeni - 14.3-1-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, rəqəmsal texnologiyalar, süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahələrində sahibkarlıq fəaliyyətini həyata keçirən sığortaedənlərdə (texnologiyalar parkının rezidentləri istisna olmaqla) işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödəniləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Oxşar xəbərlər