- 10:53
Sabah Yevlax və Bərdə rayonlarının bəzi kəndlərinin təbii qazın verilməsində məhdudiyyətlər yaranacaq.
E-huquq.az bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyulun 9-da saat 09:00-dan işlər yekunlaşanadək Yevlax rayonunun Malbinəsi, Qoyunbinəsi, Qaraməmmədli, Qaramanlı, Hacımahmudlu, Nurallar, Dəlləklər, Nəmərli, Köyük, Rüstəmli, Kövər, Kolanı kəndlərinin və həmçinin Bərdə rayonunun Samux kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.