- 15:54
İordaniya ilə Azərbaycan arasında uzun illərdir davam edən münasibətlərin inkişafında ölkə liderlərinin rolu böyükdür.
E-huquq.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi ilə keçirilən mətbuat konfransında söyləyib.
Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundunun keçirildiyini diqqətə çatdıran nazirin sözlərinə görə, həmkarı ilə görüşdə qarşılıqlı ikitərəfli münasibətlərə dair məmnunluq ifadə olunub.