- 13:21
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə xüsusi münasibətləri mövcuddur. Bu əməkdaşlıq çərçivəsində son illərdə Orta Dəhlizin əhəmiyyəti daha da artıb ki, bu da İordaniyadan olan investorlar üçün cəlbedici imkanlar yarada bilər.
E-huquq.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi ilə keçirilən mətbuat konfransında söyləyib.
O bildirib ki, ötən ilin avqust ayından etibarən Azərbaycanın enerji resurslarının ixrac coğrafiyası genişlənib. Belə ki, ölkəmizdən Suriyaya enerji resurslarının ixracına başlanılıb. Bu isə İordaniya ilə qonşu olan ölkəyə tədarüklərin həyata keçirilməsi baxımından yeni əməkdaşlıq və investisiya imkanları yaradır.