Sabah bu ərazilərdə qaz olmayacaq


  • 14:57

İyulun 10-da Biləsuvar və Masallı rayonlarının bir neçə yaşayış məntəqəsində qaz verilişində fasilə yaranacaq.

E-huquq.az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, buna səbəb təmir-bərpa və payız-qış mövsümünə hazırlıq işləridir.

Məlumata görə, sabah saat 10:00-dan işlər yekunlaşanadək Biləsuvar rayonunun Ovçubərə, Amankənd, Ağalıkənd, Yuxarı Cürəli, Dərvişli, Aşağı Cürəli, Əsgərabad və Masallı rayonunun Bədəlan kəndlərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Oxşar xəbərlər