- 11:27
İngiltərə və Uelsdə 2025-ci ildə oğlan uşaqlarına ən çox verilən ad yenidən Məhəmməd olub.
E-huquq.az xəbər verir ki, Böyük Britaniya Milli Statistika İdarəsinin (ONS) açıqladığı məlumata görə, ötən il 5 957 yeni doğulan oğlan uşağına Məhəmməd adı verilib. Bu göstərici 2024-cü illə müqayisədə 4 faiz çoxdur.
ONS bildirib ki, Məhəmməd adı bununla da ardıcıl üçüncü il İngiltərə və Uelsdə oğlan uşaqları arasında ən populyar ad olub. Siyahıda Noah ikinci, Leo isə üçüncü yerdə qərarlaşıb.
Qız uşaqlarına verilən adlar arasında isə Olivia ilk sıradakı yerini qoruyub. Məlumata əsasən, 2025-ci ildə 2386 qız uşağına Olivia adı verilib və bu ad ardıcıl onuncu ildir ki, siyahıya liderlik edir.
Statistikaya görə, qız adları arasında Lily ikinci, Amelia isə üçüncü yerdə qərarlaşıb.
Şəbnəm Mehdizadə