- 12:55
2026-2027-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin yerdəyişməsi üzrə sənəd qəbulu başlayıb.
Bu barədə e-huquq.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, sənəd qəbulu elektron qaydada həyata keçirilir.
Yerdəyişmə prosesində ali və orta ixtisas təhsili müəssisələrinin normativ təhsil müddətində təhsil alan, təhsil proqramı üzrə həmin dövr üçün müəyyən edilmiş kreditlərin ən azı yarısını toplamış tələbələr iştirak edə bilərlər.
Müraciətlərin qəbulu iyulun 19-u saat 18:00-dək davam edəcək.
Yerdəyişmə prosesində iştirak etmək istəyən tələbələr portal.edu.az platformasında qeydiyyatdan keçərək “Şəxsi kabinet” yaratmalı, istifadəçi adı və şifrə ilə müvafiq bölməyə daxil olduqdan sonra elektron müraciət formasını dolduraraq təsdiqləməlidirlər.
Agentlikdən tələbələrə müraciət zamanı daxil etdikləri məlumatların düzgünlüyünə diqqət yetirmələri və proseslə bağlı müəyyən edilmiş müddətlərə riayət etmələri tövsiyə olunub.