Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib


  • 11:14

Azərbaycanda rəsmi səfərdə olan Slovakiya Prezidenti Peter Pelleqrini iyulun 15-də Fəxri xiyabana gələrək Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

E-huquq.az xəbər verir ki, Slovakiya Prezidenti Ulu Öndərin məzarı önünə əklil qoyub.

Prezident Peter Pelleqrini, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə ehtiramını ifadə edib, məzarı üzərinə tər güllər düzüb.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub.

Oxşar xəbərlər