Bakıda və bəzi rayonlarda külək güclənir - FAKTİKİ HAVA


  • 11:12

Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağıb.

E-huquq.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 16-sı saat 11:00-a olan məlumatında qeyd edilib

Belə ki, düşən yağıntının miqdarı Qəbələdə 6, Zaqatala, Qrız və Qusarda 1 mm-dək qeydə alınıb.

Hazırda Bakı və Abşeron yarımadasında şimal-qərb küləyi müşahidə olunur, küləyin maksimal sürəti 21 m/s-ə çatır.

Ölkənin bəzi rayonlarında isə şərq küləyi üstünlük təşkil edib. Küləyin maksimal sürəti Goranboyda 19, Naftalanda 18, Culfada isə 17 m/s-dək güclənib.

Oxşar xəbərlər