Birinci yarımildə cinayət işləri üzrə 1,4 milyon manatlıq əmlak üzərinə həbs qoyulub


  • 19:20

Bu ilin birinci yarımilində ibtidai istintaqı başa çatdırılmış və maddi ziyanla əlaqədar olan cinayət işləri üzrə özgə əmlakına vurulmuş 3 milyon 836 min 191 manat ziyanın ödənilməsi təmin olunub.

E-huquq.az xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat müşavirəsində bildirilib.

Bundan başqa, vurulmuş maddi ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə 4 cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus ümumilikdə 1 milyon 412 min 345 manat dəyərində əmlak üzərinə həbs qoyulub.

Oxşar xəbərlər