- 15:28
Odessa yaxınlığında vurulan gəminin kapitanı Səməd Nəsrullayevin cənazəsi Lənkəranda torpağa tapşırılıb.
E-huquq.az xəbər verir ki, S.Nəsrullayevin cənazəsi Lənkəran rayonuna gətirilib.
Mərhumun nəşi doğulduğu Balıqçılar qəsəbəsində ailəsinə təhvil verilib, o, sonra qəbiristanlıqda dəfn olunub.
Xatırladaq ki, iyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında Türkiyənin Okean Maritime şirkətinə məxsus "Atlas Bey" adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb. Gəminin ekipaj üzvlərindən 11-i Azərbaycan vətəndaşı olub.