- 16:53
Avropa İttifaqının Sərhəd və Sahil Mühafizəsi Agentliyinin (Frontex) rəhbərliyi altında keçirilən “White Sea VI” beynəlxalq əməliyyatı zamanı 454 kiloqram kokain müsadirə edilib.
E-huquq.az xəbər verir ki, “Frontex”in məlumatında əməliyyatlar zamanı 5 nəfərin saxlanıldığı bildirilib.
Belçika Gömrük Xidməti tərəfindən təşkil olunan əməliyyatda 14 ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər. Əməliyyat çərçivəsində 691 gəmi izlənilib, 117 gəmidə yoxlama aparılıb. Hüquq-mühafizə orqanları kokainin böyük gəmilərdən dənizə atılaraq kiçik qayıqlar vasitəsilə Avropa sahillərinə daşınması, yükün kiçik gəmilərə ötürülməsi, ekipaj üzvlərinin köməyi ilə qaçaqmalçılıq və narkotik vasitələrin gəminin göyərtəsində və ya gövdəsində gizlədilməsi kimi üsulları hədəfə alıblar.
Əməliyyat Atlantik okeanı, La-Manş boğazı və Şimal dənizi akvatoriyasını əhatə edib. “Frontex” əməliyyata hava və dəniz müşahidəsi, eləcə də koordinasiya dəstəyi göstərib.