Azərbaycan nefti 96 dollara satılır


  • 09:51

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

E-huquq.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 7.15 dollar və ya 6,96% azalaraq 95.58 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 102.73 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Oxşar xəbərlər