Ceyhun Bayramov Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul etdi - FOTO


  • 17:35

Xarici işlər naziri Ceyhun Bayramov iyulun 28-də Almaniyanın Azərbaycan Respublikasındakı yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dirk Lölkeni qəbul edib.

E-huquq.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfir Dirk Lölke etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Görüş zamanı Azərbaycan-Almaniya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoq, iqtisadi-ticarət əlaqələri, enerji təhlükəsizliyi, yaşıl enerji, sənaye, nəqliyyat-kommunikasiya, humanitar və mədəni əməkdaşlıq məsələləri müzakirə olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya son səfərinin ikitərəfli münasibətlərdə yeni mərhələnin əsasını qoyduğu, İkitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamənin, Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasının vacibliyi, mövcud əməkdaşlıq mexanizmlərinin daha da inkişaf etdirilməsinin və qarşılıqlı yüksək səviyyəli təmasların davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Oxşar xəbərlər