- 13:07
Xalq şairi Nəriman Həsənzadənin cənazəsi Beynəlxalq Muğam Mərkəzinin binasından qaldırılaraq Birinci Fəxri xiyabana gətirilib.
E-huquq.az xəbər verir ki, burada mərhumun ruhuna dualar oxunub.
Böyük şair Nəriman Həsənzadənin cənazəsi torpağa tapşırılıb. Məzarı üzərinə əklillər, gül dəstələri düzülüb.
***
12:05
Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar incəsənət xadimi, Xalq şairi Nəriman Həsənzadə ilə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilib.
E-huquq.az xəbər verir ki, vida mərasimində Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.
Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq şairinin vida mərasiminə əklil göndəriblər.
Vida mərasimində mərhumun zəngin həyat və yaradıcılıq yolundan danışılıb. Mərasimin ardınca Xalq şairinin nəşi dəfn olunmaq üçün Birinci Fəxri xiyabana aparılıb.
***
11:05
Xalq şairi Nəriman Həsənzadə ilə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilir.
E-huquq.az xəbər verir ki, vida mərasimində görkəmli şairin ailə üzvləri, sənət dostları, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edirlər.
Xalq şairi Birinci Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, xalq şairi Nəriman Həsənzadə ötən gün səhər saatlarında vəfat edib.