Media məqsədləri üçün materialların gömrük rəsmiləşdirilməsi sadələşdirilmiş qaydada olacaq


  • 14:19

Media (audiovizual, çap, onlayn media, informasiya agentlikləri) məqsədləri üçün materialların gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydaları hazırlanacaq.

E-huquq.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin Gömrük Məcəlləsinə dəyişikliyin tətbiqi barədə Fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti 7 ay müddətində media (audiovizual, çap, onlayn media, informasiya agentlikləri) məqsədləri üçün materialların gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydalarını hazırlayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Oxşar xəbərlər