Məzmuna keç

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tenderinin qalibi müəyyənləşdi

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Azərbaycan Respublikasında rəqəmsal bacarıqların qiymətləndirilməsinə dair statistik sorğunun keçirilməsi xidmətinin satın alınması ilə bağlı elan etdiyi tenderə yekun vurulub.

E-huquq.az xəbər verir ki, tenderin qalibi “Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi” (ETSİM) MMC-dir.

Qalib şirkətə 169.922,36 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə