Mirzayev&Partners
    AzGranata
    TRY
    USD
    EUR
    RUB
    0,2519
    1,7000
    1,9289
    0,0246
AZ
RU

Nazirlər Kabineti: Dövlət 10 milyon maska ehtiyatını təmin edib

Azərbaycan bazarı koronavirusa qarşı qoruyucu vasitələrlə, o cümlədən də maskalarla tam təmin olunur.

Bu barədə e-huquq.az-a Nazirlər Kabinetindən məlumat verilib.

"Mayın 12-də 386 min, 13-də 344 min, 14-də 259 min, 15-də 245 min maska satılıb. Karantin rejiminin yumşalması ilə əlaqədar olaraq maskadan istifadənin də artacağı nəzərə alınır. Ölkə gündəlik 450-500 min maska tələbatının ödənilməsinə də hazırdır. Dövlət təqribən 10 milyon maska ehtiyatını da təmin edib", - deyə məlumatda vurğulanıb.

CoronaVirus