Müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün test imtahanı keçirildi


  • 18:26

9 avqust 2026-cı il tarixində aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün test imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzindən e-huquq.az-a verilən məlumata görə, imtahan elektron formada keçirilib. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytına yerləşdiriləcək.

İmtahanda 15 nəfər iştirak edib. 4 nəfər uğur qazanaraq müstəqil ekspert sertifikatı əldə edib.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 10 – 11 avqust tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında (Bakı şəhəri, Nəsimi rayonu, Ak., Həsən Əliyev küçəsi, 299) fəaliyyət göstərəcək.

Oxşar xəbərlər