Cəlilabadda transformator partlayıb, yanğın baş verib


  • 00:30

Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən elektrik transformatorunda qəfil partlayış olub.

E-huquq.az xəbər verir ki, hadisə nəticəsində elektrik avadanlığında və ətraf ərazidə yanğın baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Hadisə nəticəsində ətraf ərazilər işıqsız qalıb, xəsarət alan olmayıb. Qəzanın başvermə səbəbi araşdırılır.

Oxşar xəbərlər