Azərbaycan nefti cüzi bahalaşıb


  • 14:30

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,56 ABŞ dolları və ya 0,6 % artaraq 93,93 ABŞ dolları təşkil edib.

Bu barədə e-huquq.az-a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti 89,19 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,65 ABŞ dolları və ya 0,72 % artaraq 90,95 ABŞ dolları təşkil edib.

Oxşar xəbərlər