- 21:36
Bakının üç küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.
Bu barədə e-huquq.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, avqustun 11-dən etibarən Suraxanı rayonunun 14 İyul küçəsi, Xəzər rayonunun Sergey Yesenin küçəsi və həmçinin Nəsimi rayonunun Əbdülvahab Salamzadə küçəsində hərəkət məhdudlaşdırılacaq.
Qeyd olunub ki, məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.