Azərbaycan neftinin qiyməti 95 dolları ötdü


  • 09:43

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,23 ABŞ dolları və ya 1,3 % artaraq 95,16 ABŞ dolları təşkil edib.

Bu barədə e-huquq.az-a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti 91,92 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,37 ABŞ dolları və ya 1,5 % artaraq 92,32 ABŞ dolları təşkil edib.

Oxşar xəbərlər