Məzmuna keç

Regional Su Meliorasiya Xidməti 118 min manatlıq sifariş verdi

Regional Su Meliorasiya Xidmətinin Tovuz, Ağsu, Ağdaş, Beyləqan, Saatlı, Biləsuvar,Ağdam, Oğuz,Ağcabədi və Lənkəran rayonlarının qəsəbə və kəndlərində su təchizatı şəbəkəsinin layihə-smeta sənədlərinin hazırlanması xidməti ilə bağlı elan etdiyi tender başa çatıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi “Hazar Engineering Group” MMC olub.

Qalib şirkətə 118.000 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə