- 15:28
Qəbələ Rayon İcra Hakimiyyətinin 2026-ci ildə Qəbələ şəhərinin bir sıra küçə, dalan, meydança və giriş yerlərində yerləşən yolların əsaslı təmir işlərinin layihə smeta sənədlərinin hazırlanmasının satınalınması ilə bağlı elan etdiyi tender başa çatıb.
E-huquq.az xəbər verir ki, tenderin qalibi “Global Engineering Management Company” MMC olub.
Məlumata görə, qalib şirkətə 14.950,6 manat vəsait ödəniləcək.
Humay Eminqızı