İlin son Günəş tutulması başa çatdı - YENİLƏNDİ


  • 00:48

Avqustun 12-də ilin ikinci Günəş tutulması olub.

E-huquq.az xəbər verir ki, tutulma saat 19:34-də başlayıb və 23:57-də başa çatıb.

Tutulma hadisəsi təxminən 4 saat 24 dəqiqə davam edib.

***

Bu ilin ikinci və son Günəş tutulması başlayıb. Bu, tam Günəş tutulmasıdır.

Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından e-huquq.az-a verilən xəbərə görə, Günəş tutulması Bakı vaxtı ilə 23:57-də başa çatacaq.

Maksimum faza isə saat 21:46-da baş verəcək.

Ümumilikdə təxminən 5 saat çəkəcəyi gözlənilən tutulma hadisəsi zamanı günəş diskinin tam tutulması təqribən 7 dəqiqə davam edəcək.

Tutulmanın tam fazası İslandiya, İspaniya, Portuqaliyanın şimal-qərbi, Qrenlandiya, həmçinin Atlantik okeanının şimal hissəsindən keçən zolaqda müşahidə ediləcək. Qismən Günəş tutulması isə Avropanın böyük hissəsində, Şimali Amerikanın bəzi bölgələrində, Sakit okeanın bir hissəsində və Afrikanın şimal-qərbində görünəcək.

İlin ilk Günəş tutulması kimi son Günəş tutulması da Azərbaycandan müşahidə olunmayacaq. Azərbaycandan müşahidə edilən son Günəş tutulması 25 oktyabr 2022-ci ildə baş vermiş qismən Günəş tutulması olub. Növbəti müşahidə edilə biləcək tutulma isə 2 avqust 2027-ci ildə baş verəcək. Bu tutulma tam Günəş tutulması olsa da, Azərbaycandan tam kölgə zolağından kənarda qaldığı üçün yalnız qismən tutulma fazasını izləmək mümkün olacaq.

Oxşar xəbərlər

  • 12 Avqust 13:48
Sabah hava necə olacaq?