- 12:50
Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən iyunun 7-də keçirilmiş parlament seçkilərindən sonra formalaşdırılan yeni hökumət fəaliyyətə başlayıb.
E-huquq.az TASS-a istinadən xəbər verir ki, yeni hökumətin yeganə yeni üzvü Ermənistanın Yüksək Texnologiyalar Sənayesi naziri təyin edilmiş Davit Tadevosyandır.
İclas başlamazdan əvvəl Paşinyan yeni hökumət üzvlərini heç bir şəkildə salamlamayıb və dərhal iclası açaraq məsələlərin müzakirəsinə başlayıb.
İlk iclasın gündəliyinə 60 məsələ daxil edilib. Bunların arasında Ermənistanın 10 vilayətindən 9-na qubernatorların təyin edilməsi də var.
Humay Eminqızı