- 14:56
Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub.
Bu barədə e-huquq.az-a Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisəsə 3,1 % çoxdur.
Son 1 ildə muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri isə 2,8 % artaraq 2 170 manat təşkil edib.