Toxumçuluğa dövlət nəzarətinin həyata keçirilməsi qaydası müəyyənləşəcək


  • 17:15

Toxumçuluq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydası müəyyənləşəcək.

E-huquq.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Toxumçuluq haqqında” qanunun tətbiqi barədə imzaladığı Fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti beş ay müddətində toxumçuluq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Nazirlər Kabineti bu müddət ərzində Ökədə toxumçuluğun vəziyyətinin öyrənilməsi məqsədilə informasiya toplanılmasını, müşahidə, təhlil, qiymətləndirmə və idarəetmənin effektivlik vəziyyətinin proqnozlaşdırılması qaydasını da təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Oxşar xəbərlər