- 17:20
ABŞ-də 17 yaşlı Arjun Aravind 45 yaşlı anası Sudha Venkatesan və 14 yaşlı qardaşı Siddharth Aravindi öldürməkdə ittiham edilir.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Massaçusets ştatının Akton şəhərində baş verib.
Ailəsindən xəbər ala bilməyən ata polislərlə əlaqə saxlayıb.
Axşam saatlarında evə daxil olan polislər Siddharthın cəsədini birinci mərtəbədə, zirzəmiyə aparan pilləkənlərin başında, Sudha Venkatesanın cəsədini isə zirzəmidə aşkar edib. Anası və qardaşını öldürən yeniyetmənin isə hadisəni törətdikdən sonra anasının maşını ilə qaçdığı məlum olub. Onun yeri daha sonra polislər tərəfindən müəyyən edilib və yeniyetmə həbs edilib.
Avtomobilin içərisində qətllə əlaqəli ola biləcək sübutlar aşkar edilib. Qətlin səbəbi və istifadə olunan silahlarla bağlı araşdırma aparılır.
Araşdırma zamanı müəyyən edilib ki, bir neçə ay ərzində və hətta hadisənin baş verdiyi gün Aravind internet və süni intellektdən istifadə edərək ailəsinin öldürülməsi ilə bağlı nəzəri ideyalar araşdırıb. Qeyd edək ki, "ChatGPT"nin qətl törətməklə bağlı birbaşa göstəriş verdiyi iddia edilmir.
Məhkəmədə dindirilən Aravind özünü təqsirli bilmədiyini qeyd edib.
Humay Eminqızı