"Azərişıq"ın 2,6 milyonluq tenderi baş tutmadı


  • 16:57

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin 0.4-10 kV elektrik xətlərində gərginlik və cərəyan axınının ötürülməsi, elektrik avadanlıqların ifrat gərginlikdən qorunması və idarə olunması üçün müxtəlif avadanlıqların və onlara aid aksessuarların alınması ilə bağlı elan etdiyi tender baş tutmayıb.

E-huquq.az xəbər verir ki, buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olmasıdır.

Qeyd edək ki, tenderin dəyəri 2.677.353,15 manat olub.

Humay Eminqızı

Oxşar xəbərlər