Məzmuna keç

Azərbaycanda zəlzələ oldu –

Quba rayonunda 4.9 bal gücündə zəlzələ qeydə alınıb.

E-huquq.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Yerli vaxtla 20:56-da baş verən zəlzələ yerin 13 km dərinliyində olub.

***

Quba və Xaçmaz rayonlarında yeraltı təkanlar hiss olunub.

E-huquq.az xəbər verir ki, ilkin məlumata əsasən, zəlzələ saat 20:56-da Şabran şəhərindən təxminən 10 kilometr məsafədə baş verib.

Zəlzələnin maqnitudası 4,9 bal təşkil edib.

Yeraltı təkanlar Quba və Xaçmaz rayonlarında da hiss olunub.

Zəlzələnin fəsadları barədə hələlik məlumat yoxdur.