- 14:12
Sərhəd Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli Novruzov vəfat edib.
E-huquq.az xəbər verir ki, o, 89 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, general-mayor Abbasəli Novruzov 1937-ci ildə doğulub. O, ömrünün 57 ilini sərhədlərin mühafizəsi işinə həsr edib. 1979-cu ildə o vaxt Mərkəzi Komitənin 1-ci katibi olan Heydər Əliyevin təşəbbüsü ilə Əməkdar hüquqşünas fəxri adına layiq görülüb.
1994–2001-ci illərdə Sərhəd Qoşunlarına komandanlıq edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin 25 may 2017-ci il tarixli sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunub.