Müdafiə Nazirliyinin rəhbərliyi Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verdi


  • 14:12

Görkəmli dövlət xadimi, uzun müddət təhlükəsizlik orqanlarında və sərhəd qoşunlarında böyük xidmətləri olmuş istefada olan general-mayor Novruzov Abbasəli Ramazan oğlu vəfat edib.

E-huquq.az-ın məlumatına görə, Müdafiə Nazirliyinin rəhbərliyi general-mayorun vəfatı ilə bağlı başsağlığı verib.

Başsağlığında deyilir: “Müdafiə Nazirliyinin rəhbərliyi və kollektivi görkəmli dövlət xadimi, uzun müddət təhlükəsizlik orqanlarında və sərhəd qoşunlarında böyük xidmətləri olmuş istefada olan general-mayor Novruzov Abbasəli Ramazan oğlunun vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!”.

Oxşar xəbərlər