Bu il narkotiklərlə bağlı 3282 nəfər məsuliyyətə cəlb edilib


  • 13:33

Bu ilin yeddi ayında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 3282 nəfər cəlb edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatında deyilir.

Bildirilib ki, onlardan 3188-i kişi, 94-ü qadındır.

Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 33 nəfəri xarici ölkə vətəndaşıdır.

Oxşar xəbərlər