Azad edilmiş ərazilərdə daha 132 mina, 614 PHS aşkarlanıb


  • 15:00

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (10.08.2026-16.08.2026) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) e-huquq.az-a verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən həftə 107 piyada əleyhinə mina, 25 tank əleyhinə mina, 614 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1700,4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Oxşar xəbərlər