- 17:31
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi üçün alüminium fosfid dərman preparatının satın alınması ilə bağlı elan etdiyi tender ləğv edilib.
E-huquq.az xəbər verir ki, buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.
Qeyd edək ki, tenderin dəyəri 263.725,00 manatdır.
Humay Eminqızı