Sürücülərin nəzərinə!


  • 17:10

Aparılacaq təmir işləri ilə əlaqədar Bakının Xətai rayonunun Rövşən Əliyev küçəsinin Babək prospektindən Xocalı prospektinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Bu barədə e-huquq.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, məhdudiyyət 24 avqust saat 22:00-dan 25 avqust saat 08:00-dək və 25 avqust saat 22:00-dan 26 avqust saat 08:00-dək tətbiq ediləcək.

Agentlik sürücülərdən qeyd olunan müddətdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmalarını xahiş edir.

Oxşar xəbərlər