- 11:03
Bu ilin iyul ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9 milyard 712 milyon manat təşkil edib.
E-huquq.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu ötən ilin eyni ayı ilə müqayisədə 11% artıb.
Ötən ay həyata keçirilən nağdsız ödənişlərin 8 milyard 455 milyon manatı elektron ticarətin payına düşür.
Qalan məbləğin 1 milyard 255 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.8%-ni təşkil edib.
Banklar və “Azərpoçt” MMC üzrə ödəniş xidməti şəbəkələrində dinamik artım müşahidə olunur. Belə ki, ötən ilin iyul ayının sonu ilə müqayisədə bankomatların sayı 4.4%, POS-terminalların sayı 12.1% artıb.