Biləsuvarın 6 kəndində qaz olmayacaq


  • 14:27

Sabah Biləsuvar rayonunun 6 kəndində qaz təchizatı dayandırılacaq.

Bu barədə e-huquq.az Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Biləsuvar rayonunun Ağalıkənd, Dərvişli, Amankənd, Ovçubərə, Yuxarı Cürəli və Aşağı Cürəli kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Oxşar xəbərlər