Bakının bu ərazilərində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq


  • 19:11

Körpü və yol ötürücülərinin texniki vəziyyətinin qiymətləndirilməsi məqsədilə Bakının bəzi ərazilərində mühəndis qurğularında instrumental müayinələr aparılacaq.

Bu barədə e-huquq.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, avqustun 27-də Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən "Karl Marks" yol ötürücüsündə müayinə zamanı nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılmayacaq.

Avqustun 27-dən 28-nə keçən gecə, 28-i səhər saatlarınadək Bakıxanov küçəsində yerləşən "Bakıxanov" yol ötürücüsü, Ceyhun Səlimov küçəsində yerləşən "Papanin" yol ötürücüsü və Pirşağı dəmir yolu üzərində yerləşən "Pirşağı" yol ötürücüsündə isə yol ötürücülərində müayinələrin aparılması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Oxşar xəbərlər