AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun tenderi baş tutmadı


  • 17:03

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun avadanlıqların satın alınması ilə bağlı elan etdiyi tender ləğv edilib.

E-huquq.az xəbər verir ki, buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olmasıdır.

Qeyd edək ki, tenderin dəyəri 120.998,97 manatdır.

Humay Eminqızı

Oxşar xəbərlər